Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb. Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.
Bildirilib ki, valideyn və ya qanuni nümayəndələr övladlarının şəxsi işlərini avqustun 20-dən başlayaraq 25-i saat 12:00-dək şagirdin qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd olunan müddət ərzində sənədlər təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və müvafiq sorğu sistemdən silinəcək.
Sənəd qəbulu üçün son müraciət tarixi 25 avqust, saat 12:00-dır.
Son xəbərlər
Daha çox 