• $ 1.7
  • € 1.9828
  • ₽ 0.021134
  • ₺ 0.0416
  • £ 2.2963

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
20.08.2025 12:38

Azərbaycanda avqustun 21-də bəzi yerlərdə havanın 38 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq edilib
Cəmiyyət 14:34
Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə olublar
Cəmiyyət 14:14
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə olublar
Birbank Biznes-də dostluq qazandırır
Cəmiyyət 12:55
Birbank Biznes-də dostluq qazandırır
Ötən il pnevmoniyadan ölən şəxslərin sayı açıqlanıb
Cəmiyyət 12:39
Ötən il pnevmoniyadan ölən şəxslərin sayı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:38
Sabahın hava proqnozu açıqlanıb
Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb
Cəmiyyət 12:00
Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb
Azərbaycana 2 milyondan çox rusiyalı gəlib
Cəmiyyət 11:59
Azərbaycana 2 milyondan çox rusiyalı gəlib
Londondan Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş edib
Cəmiyyət 11:34
Londondan Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş edib
7 ayda qatarlar təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub-ADY
Cəmiyyət 10:49
7 ayda qatarlar təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub-ADY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol