• $ 1.7
  • € 1.9828
  • ₽ 0.021134
  • ₺ 0.0416
  • £ 2.2963

Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub

Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
20.08.2025 14:55

Şair Məmməd İsmayıl Tovuda dəfn edilib.

Şair Məmməd İsmayıl öz vəsiyyətinə uyğun olaraq doğulduğu Tovuzun Əsrik-Cırdaxan kəndində, anasının məzarının yanında dəfn olunub.

Dəfn mərasimində şairin ailə üzvləri, doğmaları, şair və yazıçılar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, iştirak ediblər.

Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti), 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.

1966-1973-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1976–1980-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, eləcə də digər ədəbi-mədəni idarələrdə müxtəlif vəzifələrdə çalışıb.

Son illərdə Məmməd İsmayılın səhhətindəki problem daha da kəskinləşib. Sonuncu dəfə bir neçə gün əvvəl vəziyyəti yenidən ağırlaşaraq xəstəxanalardan birinə yerləşdirilən şair avqustun 19-da orada vəfat edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib
Cəmiyyət 16:25
Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib
Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradılıb
Cəmiyyət 16:05
Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradılıb
Ağdərədə yanğın olub
Cəmiyyət 15:52
Ağdərədə yanğın olub
Prezident və birinci xanım “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar
Cəmiyyət 15:34
Prezident və birinci xanım “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
Cəmiyyət 15:10
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
Cəmiyyət 14:55
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq edilib
Cəmiyyət 14:34
Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq edilib
Prezident İlham Əliyev və birinci xanım Gəncəyə gedib
Cəmiyyət 14:14
Prezident İlham Əliyev və birinci xanım Gəncəyə gedib
Birbank Biznes-də dostluq qazandırır
Cəmiyyət 12:55
Birbank Biznes-də dostluq qazandırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol