• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
21.08.2025 10:10

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq avqustun 22-dək ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişərək güclü külək əsəcəyi, bəzi rayonlarda leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının zəruriliyini bildirir.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Oxşar xəbərlər
Oxşar xəbərlər
Laçın şəhərində kanat yolu gələn il hazır olacaq-İlham Əliyev
Cəmiyyət 13:38
Laçın şəhərində kanat yolu gələn il hazır olacaq-İlham Əliyev
Sabaha külək güclənəcək - PROQNOZ
Cəmiyyət 13:14
Sabaha külək güclənəcək - PROQNOZ
Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdiriləcək -İlham Əliyev
Cəmiyyət 13:04
Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdiriləcək -İlham Əliyev
Azərbaycan vətəndaşı Ukraynaya cəsusluqda ittiham olunur
Cəmiyyət 12:41
Azərbaycan vətəndaşı Ukraynaya cəsusluqda ittiham olunur
Rusiyanın Ukraynaya hücumu nəticəsində daha 5 nəfər yaralanıb
Cəmiyyət 12:24
Rusiyanın Ukraynaya hücumu nəticəsində daha 5 nəfər yaralanıb
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmələri üçün gətirilib
Cəmiyyət 12:15
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmələri üçün gətirilib
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Cəmiyyət 11:47
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
İtkin düşən 7 nəfər tapılıb
Cəmiyyət 11:26
İtkin düşən 7 nəfər tapılıb
Sumqayıtda qazilər arasında silahlı insident olub
Cəmiyyət 11:14
Sumqayıtda qazilər arasında silahlı insident olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol