IV qrupda 600-dən yuxarı bal toplamış 10 abituriyent universitetə daxil ola bilməyib

IV qrup üzrə 10 abituriyent 600-dən yuxarı bal toplasa da, ərizələrində məhdud sayda ixtisas kodu göstəriblər və nəticədə müsabiqədən keçməyiblər.Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, həmin yerlərə daha yüksək bal toplayan abituriyentlər qəbul olunublar və keçid balı yüksək olub.