Sumqayıtda 3 min 800 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində qaz təchizatı məhdudlaşdırılacaq. Bu barədə "Azəriqaz" İB məlumat verib.
Bildirilib ki, şəhərin 6, 17 və 18-ci mikrorayonlarında, həmçinin 9, 34 və 48-ci məhəllələrində balans qovşaqlarının analizi ilə əlaqədar olaraq sentyabrın 3-də saat 11:30-dan etibarən 3 min 800 abonentin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatının bərpası aparılan işlər yekunlaşdıqdan sonra təmin ediləcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 