Polis sentyabrın 2-də 91 cinayətin üstünü açıb

Sentyabrın 2-də ölkə ərazisində ümumilikdə 91 cinayətin (57-si yeni, 34-ü isə əvvəlki dövrlərə aid) üstü polis əməkdaşları tərəfindən açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Axtarışda olan 129 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində narkotik vasitələrlə bağlı 18, qanunsuz saxlanılan silah-sursatla əlaqədar 9 hüquqpozma faktı aşkar edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb. Həmin gün ərzində itkin kimi axtarışda olan 3 nəfər tapılaraq ailələrinə və aidiyyəti qurumlara təhvil verilib.
Dələduzluq ittihamı ilə axtarışda olan 10 nəfər də polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Gülnar
Son xəbərlər
Daha çox 