ETX: “Telegram” üzərindən yeni dələduzluq halları yayılır

“Telegram” platformasında istifadəçilərə qarşı yeni dələduzluq üsullarının müşahidə edilir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
ETX-nin açıqlamasına görə, istifadəçilərə “Hi, şəkilləriniz…” formatında mesajlar göndərilir və onlara şübhəli keçidlər təqdim olunur. Keçidə daxil olan şəxslərdən ölkə seçimi, telefon nömrəsi və SMS ilə göndərilən təsdiqləmə kodunu daxil etmələri istənilir.
Qurum qeyd edir ki, bu üsulla istifadəçilərin “Telegram” hesabları ələ keçirilir və həmin hesablar sonradan digər şəxslərə qarşı eyni sxem üzrə istifadə olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara şübhəli keçidlərə daxil olmamağı, şəxsi məlumatları paylaşmamağı və hesablarında ikimərhələli təsdiqləmə funksiyasını aktiv etməyi tövsiyə edib.
Son xəbərlər
Daha çox 