Hər istəyə görə ad dəyişmək mümkün olmayacaq – Ali Məhkəmədən qərar

Azərbaycan Ali Məhkəməsinin İnzibati Kollegiyası ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mübahisəyə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
İş üzrə iddiaçı adını və ata adını şəxsi motivasiyalar — ailə üzvlərinə bağlılıq və şəxsi kimlik duyğusu — əsasında dəyişdirmək istəsə də, müvafiq inzibati orqan bu tələbi rədd edib. Birinci və apellyasiya instansiyaları da iddianı təmin etməyib.
Kassasiya qaydasında Ali Məhkəməyə müraciət edən iddiaçının şikayəti də təmin olunmayıb. Qərarda vurğulanıb ki, ad, soyad və ata adı şəxsi həyat və fərdi kimliyin əsas elementlərindəndir, lakin onların dəyişdirilməsi yalnız real, ciddi və əsaslandırılmış səbəblər əsasında mümkündür.
Ali Məhkəmə qeyd edib ki, sadəcə emosional motivlər və şəxsi zövq bu hüququn reallaşdırılması üçün kifayət deyil və belə hallarda fərdi maraqlar ictimai maraqlardan üstün tutulmamalıdır.
Qərara əsasən, inzibati orqanın imtinası zəruri və legitim ictimai maraqlara əsaslanıb və mütənasib sayılıb. Apellyasiya instansiyasının qərarı qüvvədə saxlanılıb.
Gülnar
Son xəbərlər
Daha çox 