Bağçada nöqsanlara görə Xədicə Vəliyeva işdən çıxarılıb

Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 21 nömrəli uşaq bağçasında Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən daxil olan vətəndaş müraciəti əsasında araşdırma aparılıb. Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin açıqlamasında deyir.
Araşdırma nəticəsində bağçanın müdiri Xədicə Vəliyevanın vəzifə funksiyalarını yerinə yetirərkən yol verdiyi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Təhsil İdarəsi bildirib ki, təhsil müəssisələrində uşaqların düzgün qidalanması və sağlam mühitdə təhsil almaları əsas prioritetlərdəndir. Hər hansı neqativ hallara qarşı sıfır tolerantlıq mövqeyi sərgilənir və daxil olan bütün müraciətlər araşdırılır.
Bir müddət əvvəl sözügedən bağçada ərzaq çatışmazlığı, şəraitsizlik və uşaqlara qarşı qeyri-insani münasibətlə bağlı şikayətlər yayılmışdı.
Gülnar
Son xəbərlər
Daha çox 