Xocavənd rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə tenderlər yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidməti Xocavənd rayonunun iki kəndində həyata keçiriləcək fərdi yaşayış evlərinin təmiri ilə bağlı tenderləri yekunlaşdırıb.
Xanoba kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 4 375,8 kv.m olan 26 fərdi yaşayış evinin təmiri “Capitel Group” MMC-yə (VÖEN: 2005752931) həvalə olunub. Müqavilənin dəyəri 1 526 925,44 manat təşkil edir.
Eyni mərhələ çərçivəsində Tağaverd kəndində ümumi sahəsi 5 049 kv.m olan 30 fərdi yaşayış evinin təmiri isə “Frekans Construction and Energy Company” MMC və “Uğur Tikinti” MMC-dən ibarət konsorsium tərəfindən həyata keçiriləcək. Bu layihənin müqavilə məbləği 1 921 600,87 manat olub.
Hər iki layihə üzrə satınalmalar bir mənbədən satınalma metodu ilə həyata keçirilib.
Bir neçə gün öncə anews.az-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Sentyabrda Xocavəndin bərpa olunan müvafiq kəndlərinə əhalinin köçürülməsi planlaşdırılır.
Xocavənd rayonunda isə evlərin təmiri başa çatdıqdan sonra əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur.
Gülnar
Son xəbərlər
Daha çox 