• $
  • €
  • ₽
  • ₺
  • £

95 yaşlı pasiyent üzərində yüksək riskli ortopedik əməliyyat icra edilib

95 yaşlı pasiyent üzərində yüksək riskli ortopedik əməliyyat icra edilib
04.09.2025 10:56

Bakıdakı Respublika Klinik Xəstəxanasında 1930-cu il təvəllüdlü Savat Quliyeva üzərində yüksək riskli ortopedik əməliyyat uğurla həyata keçirilib. Pasiyent tibb müəssisəsinə sol bud sümüyünün burmalardan keçən sınığı diaqnozu ilə müraciət edib.

95 yaşlı xəstədə əməliyyata maneə törədə biləcək ürək çatışmazlığı, böyrək funksiyalarının pozulması (yüksək kreatinin), bağırsaq problemləri və qanaxma meyilliliyi kimi ciddi yanaşı xəstəliklər aşkarlanıb. Bu səbəbdən bir sıra digər tibb müəssisələri tərəfindən əməliyyata tibbi risklər səbəbilə imtina verilib.

Xəstəxananın Travmatologiya və Ortopediya şöbəsində yerləşdirilən pasiyentin vəziyyəti yenidən qiymətləndirilib və kardioloq, anestezioloq-reanimatoloq və travmatoloqdan ibarət tibbi konsiliumun qərarı ilə əməliyyatın icrasına qərar verilib.

Əməliyyat — sol bud sümüyünün osteosintezi — həkim-travmatoloq-ortoped Pərvin Hüseynovun rəhbərliyi ilə, həkim-anestezioloq-reanimatoloq Fatma Əhmədova və assistent Cavid İlyaszadənin iştirakı ilə icra olunub.

Əməliyyatdan sonra pasiyent müvafiq şöbədə müşahidə altında saxlanılıb, vəziyyəti stabil qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol