Qapını açmayan vətəndaşa 930 manat su borcu yazılıb/Yenilənib

(Yazıya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qara hərflərlə mövqeyi əlavə olunub)
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi son üç ay ərzində qapını açmadığı üçün bir vətəndaşa 930 manat məbləğində su borcu hesablayıb. Bu barədə şikayətçi anews.az-a məlumat verib.
Vətəndaşın sözlərinə görə, sonuncu ödənişi mayda edib və aylıq orta su borcu 20-30 manat civarında olub. Lakin Agentliyin qaynar xətti ilə əlaqə saxladıqda bildirilib ki, sayğaca baxış mümkün olmadığından ortalama hesabla borc yazılıb.
“Bina evində yaşayıram. Heç bir sayğaca baxılmadan bu qədər borc necə müəyyən olunub, anlamıram”, – şikayətçi bildirib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məsələ ilə bağlı bildirib ki, bəzi hallarda vətəndaşlar qapını açmayanda sistem orta aylıq sərfiyyata əsasən məbləğ çıxarır.
"Ünvana baxış keçirilib. sayğac göstəricləri qeydə alınıb. Yazılan əlavə məbləğlə bağlı düzəliş ediləcək. Bəli, bəzi hallarda aylarla vətəndaşlar qapını açmayanda sistem orta aylıq sərfiyyata əsasən məbləğ çıxarır. Lakin bununla bağlı heç bir narahatlıq yoxdur, real sayğac göstəricisi əsasında yazılan məbləğə düzəliş edilir", - açıqlamada deyilir.
Gülnar Nazimqızı