Elektrik mühərrikli bəzi avtobusların idxalı gömrük rüsumundan azad edilib

Azərbaycan Nazirlər Kabineti sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı məqsədilə idxal edilən bəzi növ elektrik mühərrikli avtobusların gömrük rüsumundan azad edilməsi barədə qərar verib.
Qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb və 1998-ci il 22 aprel tarixli "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" sənədə dəyişiklikləri nəzərdə tutur.
Yeni qaydalara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi ilə sənaye parklarının rezidentləri tərəfindən oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış, yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı gömrük rüsumundan azad olunacaq.
Eyni zamanda, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası”na dəyişiklik edərək, digər hallarda bu tip elektrik mühərrikli avtobuslara 15% idxal gömrük rüsumu tətbiq olunmasını qərara alıb.
Qərar 2027-cü il yanvarın 1-dən qüvvəyə minib və 2027-ci il yanvarın 1-dək qüvvədə olacaq.