Ötən ay təmizlənən minalı ərazilərin həcmi açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdən 165 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 723 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat yayıb.
Bildirilib ki, 1 304,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir.
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 