Yekaterinburqdakı Azərbaycan diasporunun sabiq liderinin oğlunun həbs müddəti uzadılıb

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadıb. Bu barədə Sverdlovsk Vilayət Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Yekaterinburqun Leninski Rayon Məhkəməsi 2025-ci il iyulun 16-da onun barəsində həbs-qətimkan tədbiri seçib. İbtidai istintaq orqanları M. Şıxlinskini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsində (dövlət nümayəndəsinə qarşı zorakılıq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham edir.
Şıxlinskinin həbsinə iyulun 1-də “Baku Plaza”nın yaxınlığında baş vermiş vəziyyət səbəb olub. Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatçıları üzərində heç bir tanınma nişanı olmayan geyim və avtomobillərlə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə oğlunun idarə etdiyi avtomobillə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski özünü itirərək idarə etdiyi avtomobillə FSB əməkdaşını vurub. O, özü məhkəmədə baş baş verənlərdən peşman olduğunu, hadisəni qəsdən törətmədiyini bildirib.