• $
  • €
  • ₽
  • ₺
  • £

Əgər Rəsulzadə, Nərimanov, Bağırov sağ olsaydılar,Əliyevi bütün əsrlərin lideri adlandırardılar - Zahid Oruc

Əgər Rəsulzadə, Nərimanov, Bağırov sağ olsaydılar,Əliyevi bütün əsrlərin lideri adlandırardılar - Zahid Oruc
09.09.2025 12:04

Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə olmasaydı, Vaşinqton görüşləri də mümkün olmazdı. Bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib. 

“8 avqust Zirvəsi 8 noyabr Zəfərinin davamıdır. Ali Baş Komandan sübut etdi ki, o, yalnız silahlı müharibədə deyil, sülh müharibəsində də qələbə qazanmağı bacardı. Bunu Milli Məclisin deputatı Zahid Oruc Vaşinqtonda keçirilən 8 avqust Zirvə görüşünün nəticələrini şərh edərək bildirib. 

Onun sözlərinə görə, Ağ Evdə paraflanan və 11 avqustda açıqlanan sülh müqaviləsi layihəsində Qarabağ ifadəsinin yer almaması Azərbaycanın tam qələbəsinin tanınmasıdır. Oruc həmçinin ATƏT-in Minsk qrupunun ləğvini müstəqillik tarixinin ən mühüm hadisələrindən biri adlandırıb.

Deputat əlavə edib ki, imzalanan sənəddə Tramp yolu adlanan Zəngəzur dəhlizinin açılması regionu geosiyasi qarşıdurma meydanına deyil, beynəlxalq tranzit qovşağına çevirəcək.

“Naxçıvanla maneəsiz birləşmək babalarımızın məğlub taleyini dəyişmək deməkdir. Əgər Rəsulzadə, Nərimanov, Bağırov sağ olsaydılar, İlham Əliyevi bizim itirdiklərimizi qaytardığı üçün bütün əsrlərin lideri adlandırardılar”, — Oruc vurğulayıb.

O qeyd edib ki, Vaşinqton razılaşmalarını 100-dən çox dövlət və onlarla beynəlxalq təşkilat alqışlayıb, bu da Azərbaycanın qələbəsinin beynəlxalq səviyyədə tanınması deməkdir.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Siyasət 15:49
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 13:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
Siyasət 11:49
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:26
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol