• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq

Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq
05.11.2026 16:17

Avropa İttifaqı (Aİ) Ukraynaya əlavə 4,36 milyard avro vəsait ayıracaq. Vəsait ölkənin dövlət büdcəsinə və ordunun ehtiyaclarına yönəldiləcək.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "X" sosial şəbəkəsində bildirib.

“Ukrayna hərbi vəziyyət şəraitində beşinci qışa qədəm qoymaq üzrədir. Ukraynada ədalətli və davamlı sülhün əldə olunması istiqamətində səylər davam edərkən, Aİ-nin sarsılmaz dəstəyi qüvvədə qalır”, – o qeyd edib.

Avropa Komissiyasının saytında bildirilib ki, yeni yardım 90 milyard avroluq kredit çərçivəsində ayrılıb. Bunun 3,7 milyard avrosu makroiqtisadi maliyyə yardımı, daha 660 milyon avrosu isə müdafiə sahəsinə yönəldiləcək.

Oktyabrın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski dövlət büdcəsindəki 70 milyard avroluq kəsirin qarşılanması üçün Avropa İttifaqından əlavə maliyyələşmə istəyib.

Daha sonra Avropa Şurasının sədri Antonio Koşta Aİ-nin bu məbləğin üçdə ikisini (təxminən 46,7 milyard avro) qarşılamağa hazır olduğunu bildirib

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq
Dünya 15:29
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq
İstanbulda ayrı-ayrı vaxtlarda iki bina çöküb
Dünya 14:42
İstanbulda ayrı-ayrı vaxtlarda iki bina çöküb
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Dünya 13:34
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Qətər sahillərində neft tankerinə hücum edilib
Dünya 12:56
Qətər sahillərində neft tankerinə hücum edilib
Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır
Dünya 11:22
Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol