• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb

Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
05.11.2026 17:10

2027-ci ilin oktyabrında fərdi yaşayış evlərinin satış bazarında 5 % artımı müşahidə olunub.

Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) verilən məlumata görə, oktyabrda bu seqment üzrə AQP indeksi 104,7-yə yüksəlib. Sentyabr ayının göstəricisi ilə müqayisədə artım 5 % təşkil edib. Median normallaşdırılmış AHU göstəricisi 670,2, median ümumi satış təklifi isə 197 min manat olub.

Palatadan bildirilib ki, AHU göstəricisi yaşayış evlərinin sahə və digər xüsusiyyətlərini nəzərə alan normallaşdırılmış ölçüdür və manat/kvadratmetr qiyməti ilə eyniləşdirilməməlidir.

Fərdi yaşayış evlərinin kirayə bazarında isə indeksi sentyabr ayındakı 123,3 səviyyəsindən oktyabrda 71,1-ə düşüb. Aylıq azalma 42,3 % təşkil edib. Median kirayə qiyməti 5,33 manat/kvadratmetr olub. AQP bu kəskin dəyişmənin eyni xüsusiyyətlərə malik evlərin kirayə qiymətlərinin eyni nisbətdə ucuzlaşması kimi qiymətləndirilməsinin düzgün olmadığını vurğulayır.

Göstəriciyə yay mövsümündə yüksək qiymətlərlə təklif olunan bağ evləri və villaların elanlardakı payının azalması, uzunmüddətli kirayə təkliflərinin üstünlük qazanması, eləcə də müşahidə olunan obyektlərin ərazi və xüsusiyyətlər üzrə tərkibinin dəyişməsi təsir göstərə bilər.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Cəmiyyət 16:50
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Cəmiyyət 15:54
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 13:49
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Cəmiyyət 13:07
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Cəmiyyət 12:39
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol