Məktəbəqədər təhsildə alternativ modellərdən istifadə olunacaq - Agentlik sədri

Məktəbəqədər təhsildə alternativ modellərə üstünlük veriləcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov deyib.
Bağırov bildirib ki, bununla da əhatəlilik genişləndiriləcək.
2025–2026-cı tədris ili üzrə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə 58 min 500 uşaq qəbulu həyata keçirilməsi proqnozlaşdırılır.
Gülnar Nazimqızı