Azərbaycan dili və Azərbaycan tarixi kitabları uşaqların yaşına uyğun yazılmır - Nazir

Azərbaycan tarixi dərsliyinin dili uşaqların yaşına uyğun deyil. Bunu elm və təhsil naziri Emin Əmrullayev detib.
"Məsələn Azərbaycan tarixi ilə bağlı problem budur ki, dil yaşa uyğun deyil. Cümlələr uzundur. Məzmun anlaşılmır.11 yaşlı uşaq oxuduğunu anlamır. Bizim uşağın başa düşülən hekayələrə ehtiyacımız var. Tarix kitablarının böyük əksəriyyəti ardıcıllığı və xronologiyayaa aiddir. Düşünürəm bu dəyişməlidir. Eyni qayda Azərbaycan dilində də müşahidə olunur. Dil qaydalarında problem var. Oxuyub anlamada problem var. 10 yaşında uşaqlar oxuduunu anlamır. Bunu dəyişmək üçün mütəxəssis lazımdır",- nazir bildirib.
Gülnar Nazimqızı