Azərbaycanda boşanmalar azalıb

2025-ci ilin yanvar-iyulunda 27 min 509 nikah və 12 min 146 boşanma halları qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Statistikaya nəzər salsaq, 2023-cü ildə 21 688, 2022-ci ildə 15 983, 2021-ci ildə 17 191, 2020-ci ildə isə 14 628 boşanma qeydə alınıb. Boşanma nisbəti 2023 və 2024-cü illərdə 2.1 səviyyəsində olub.
Aytac