Xocasəndə avtobus qəzaya düşüb - Xeyli sayda yaralı var

Bakıda 170 nömrəli avtobus qəzaya düşüb.Bu barədə Trend xəbər verir.
Hadisə Xocasən yolunda qeydə alınıb.Qəza nəticəsində 10-dan çox şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, 12.09.2025-ci il tarixində Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 9 nəfər (7-si kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.Onlara bədənin müxtəlif dərəcəli yaralanmaları, sınıq və çıxıq diaqnozları qoyulub.
Zəruri tibbi yardım göstərildikdən sonra yaralıların instrumental-diaqnostik müayinələri aparılıb.
Hazırda hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.