• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

"Space TV"nin yayımı 6 saatlıq dayandırılacaq

"Space TV"nin yayımı 6 saatlıq dayandırılacaq
13.09.2025 13:13

13 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda "Space TV" kanalının efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, 11 sentyabr 2025-ci il tarixində kanalın efirində 08.00-09.30 arası yayımlanan "Xəbərin izində" proqramının aparıcısı Səidə Bəkirqızı tərəfindən Ağdamda 16 yaşlı məktəbli qıza qarşı baş vermiş cinsi zorakılıqla bağlı xəbər təqdim olunarkən və şərh edilərkən "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrət çıxışlarına yol verilməməlidir) maddələrinin tələbləri pozulub.

Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən fakt ayrıseçkiliyin təbliği və nifrət çıxışı kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

Audiovizual Şuranın üzvləri aparıcının baş vermiş və istintaqı aparılan cinayət hadisəsini şərh edərkən həmin hadisənin törədildiyi bölgə və həmin bölgə əhalisi haqqında xoşagəlməz fikirlər səsləndirməsinin, qanunvericiliyə və jurnalistikanın etik prinsiplərinə məhəl qoymadan emosional formada cinayətin təfərrüatlarının efir vasitəsilə araşdırılmasının, bunu edərkən hər hansı yaşayış məntəqəsinin adının hallandırılmasının, cinayətin törədilməsinin həmin məkanla əlaqələndirilməsinin yolverilməz olduğunu bildiriblər.

"Space TV" redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları büruzə verib. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) "Space TV" kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul ediblər.

Bundan əlavə, Audiovizual Şura üzvləri aparıcı Səidə Bəkirqızı tərəfindən proqramın həmin hissəsinin (efir zamanı səsi verilməyən zorakılığa çağırış məzmunlu hissə də daxil olmaqla) sosial şəbəkə hesabları vasitəsilə yayımlanması halını qəti surətdə pisləyib, bunu jurnalist etikasına uyğun olmayan və peşəkarlıqldan uzaq bir hərəkət kimi qiymətləndiriblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sentyabrın 15-də 2,2 milyon təhsilalan tədris ilinə başlayacaq
Cəmiyyət 15:44
Sentyabrın 15-də 2,2 milyon təhsilalan tədris ilinə başlayacaq
Şamaxıda Üzüm və Şərab Festivalı başlayır
Cəmiyyət 15:30
Şamaxıda Üzüm və Şərab Festivalı başlayır
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 15:01
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Toy karvanında qaydaları pozan sürücülər saxlanılıb
Cəmiyyət 14:20
Toy karvanında qaydaları pozan sürücülər saxlanılıb
MN hərbi hissələrdə görüşlə bağlı vətəndaşlara müraciət edib
Cəmiyyət 13:57
MN hərbi hissələrdə görüşlə bağlı vətəndaşlara müraciət edib
"Space TV"nin yayımı 6 saatlıq dayandırılacaq
Cəmiyyət 13:13
"Space TV"nin yayımı 6 saatlıq dayandırılacaq
Xüsusi təyinatlıların birgə təlimi davam edir
Cəmiyyət 13:00
Xüsusi təyinatlıların birgə təlimi davam edir
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:51
Sabahın hava proqnozu açıqlanıb
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Cəmiyyət 12:47
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol