• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Şamaxıda Üzüm və Şərab Festivalı başlayır

Şamaxıda Üzüm və Şərab Festivalı başlayır
13.09.2025 15:30

Bu saatlarda Şamaxıda Üzüm və Şərab Festivalı start götürür.

Şamaxı Rayon İcra Hakimiyyətinin, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilən festival iki gün davam edəcək.

Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Builki festivalın proqramına da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər daxildir.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda müxtəlif şərab brendləri iştirak edir.

Burada yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil edilir, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak etmək, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanırlar.

Həm də maraqlı konsert proqramı təqdim olunacaq Festival iki gün ərzində axşam saatlarınadək davam edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu marşrut avtobusları yenilənir
Cəmiyyət 17:06
Bu marşrut avtobusları yenilənir
Sentyabrın 15-də 2,2 milyon təhsilalan tədris ilinə başlayacaq
Cəmiyyət 15:44
Sentyabrın 15-də 2,2 milyon təhsilalan tədris ilinə başlayacaq
Şamaxıda Üzüm və Şərab Festivalı başlayır
Cəmiyyət 15:30
Şamaxıda Üzüm və Şərab Festivalı başlayır
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 15:01
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Toy karvanında qaydaları pozan sürücülər saxlanılıb
Cəmiyyət 14:20
Toy karvanında qaydaları pozan sürücülər saxlanılıb
MN hərbi hissələrdə görüşlə bağlı vətəndaşlara müraciət edib
Cəmiyyət 13:57
MN hərbi hissələrdə görüşlə bağlı vətəndaşlara müraciət edib
"Space TV"nin yayımı 6 saatlıq dayandırılacaq
Cəmiyyət 13:13
"Space TV"nin yayımı 6 saatlıq dayandırılacaq
Xüsusi təyinatlıların birgə təlimi davam edir
Cəmiyyət 13:00
Xüsusi təyinatlıların birgə təlimi davam edir
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:51
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol