• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
13.09.2025 18:10

Formula 1 üzrə “Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 20 marşrutun hərəkət sxemi dəyişdirilir.

Dəyişikliyə əsasən:

1 nömrəli avtobus marşrutu (istiqamət: “Neftçilər” metrostansiyası), 46 nömrəli avtobus marşrutu (istiqamət: “Əhmədli” metrostansiyası) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

2 nömrəli avtobus marşrutu (istiqamət: “Dərnəgül” metrostansiyası) Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

4 nömrəli avtobus marşrutu (istiqamət: “Xətai” metrostansiyası) Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət “Nəriman Nərimanov” metrostansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.

6 nömrəli avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" metrostansiyası – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə – Bəhram Gur heykəlini əhatə edəcək.

10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: “İçərişəhər” metrostansiyası) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.  

20, 88A və 120E nömrəli avtobus marşrutlarının hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə təşkil olunacaq. Əks istiqamətdə isə marşrut Xocalı prospekti – Yusif Səfərov küçəsi – 28 May küçəsi ilə hərəkət edəcək.

61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank) Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;

65 nömrəli avtobus marşrutu (istiqamət: “İçərişəhər” metrostansiyası) Murtuza Muxtarov küçəsi – Əhməd Cavad küçəsi – Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;

88 nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası) Azadlıq prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.

125 nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası) Lökbatan dairəsi – Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi “28 May” NMM) əhatə edəcək.

149 nömrəli avtobus marşrutu Sahil qəsəbəsindən “Binə” ticarət mərkəzinə (“Lökbatan” NMM) qədər fəaliyyət göstərəcək.

72 və E1 nömrəli avtobus marşrutlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
В Хырдалане загорелась многоэтажка: жильцы эвакуированы
Cəmiyyət 19:35
В Хырдалане загорелась многоэтажка: жильцы эвакуированы
Xırdalanda yaşayış binasında yanğın baş verib
Cəmiyyət 18:53
Xırdalanda yaşayış binasında yanğın baş verib
Bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:10
Bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
Bu marşrut avtobusları yenilənir
Cəmiyyət 17:06
Bu marşrut avtobusları yenilənir
Sentyabrın 15-də 2,2 milyon təhsilalan tədris ilinə başlayacaq
Cəmiyyət 15:44
Sentyabrın 15-də 2,2 milyon təhsilalan tədris ilinə başlayacaq
Şamaxıda Üzüm və Şərab Festivalı başlayır
Cəmiyyət 15:30
Şamaxıda Üzüm və Şərab Festivalı başlayır
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 15:01
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Toy karvanında qaydaları pozan sürücülər saxlanılıb
Cəmiyyət 14:20
Toy karvanında qaydaları pozan sürücülər saxlanılıb
MN hərbi hissələrdə görüşlə bağlı vətəndaşlara müraciət edib
Cəmiyyət 13:57
MN hərbi hissələrdə görüşlə bağlı vətəndaşlara müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol