• $
  • £

Özünü yandıran qazi hansı batalyonunda döyüşüb?

Özünü yandıran qazi hansı batalyonunda döyüşüb?
26.12.2013 22:28

Zaur Həsənov - özünə qəsd edən qazi

“Media forum” saytı dekabrın 26-da intihara cəhd edən Qarabağ müharibəsi veteranı, II qrup əlil Zaur Həsənov barədə yeni məlumat əldə edib.Zaurun atası Həsən Həsənov “Media forum” saytına deyib ki, oğlu 1971-ci il aprelin 28-də Bakıda doğulub: “Sovet ordusunda xidmətdən qayıdandan sonra Qarabağa, müharibə cəbhəsinə yola düşüb. Ağdamda döyüşüb, Azərbaycanın Milli Qəhrəmanı, şəhid komandir Allahverdi Bağırovun könüllülər batalyonunda döyüşüb. 1992-ci il iyunun 19-da yaralanıb. Zaurun necə igid döyüşçü olduğunu Ağdam camaatı yaxşı bilir”.Zaur Həsənov dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O özünə qəsdi 1995-ci ildən bəri paytaxtın Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.Həsən Həsənov dekabrın 26-da “Media forum” saytına deyib ki, Bakıdakı 5 saylı xəstəxanaya yerləşdirilmiş oğlunun vəziyyəti ağırdır: “İndi yanından çıxmışam, qurşaqdan başacan bütöv yanıb. Yanına gedib-gələndən sonra halım pisləşir. Ağzı, gözü, burnu şişib. Mənə deyir möhkəm ol. Oğlum bir dəfə şikəst olmuşdu, ikinci dəfə də oldu. Günah Səttar Mehbalıyevdədir.1992-ci ildə erməninin qabağında indiki Qarabağ qaziləri, əlilləri dururdular. Oğlum nə iş görübsə hamısını qayda-qanunla edib. Kafenin yerləşdiyi ərazidə başqa obyektlər sökülməyib. Belə başa düşürəm ki, deyiblər gəl bizimlə əlli-əlliyə işlə. Başqa obyekt sahibləri ilə belə işləyirlər.Zaur özünü yandıranda üç övladı yanında olub. Uşaqları aparıb ki, bəlkə Səttar Mehbalıyevin qəbuluna girər. Ancaq buna nail olmayıb. Zaurun özünü yandırmaq fikri barədə əvvəlcədən xəbərim olmayıb.Qarabağ qaziləri ilə birlikdə prezidentə müraciət edəcəyik. Zaurun döyüş yoldaşlarının hamısı xəstəxananın qarşısına toplanıb”.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş prokuror Mərakeşə səfər edib
Cəmiyyət 18:05
Baş prokuror Mərakeşə səfər edib
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşüb
Cəmiyyət 17:23
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşüb
Agentlik rəhbəri bu kollecə yeni direktor təyin edilib
Cəmiyyət 16:37
Agentlik rəhbəri bu kollecə yeni direktor təyin edilib
Bakıda güclü külək səbəbindən 34 ağac aşıb
Cəmiyyət 16:20
Bakıda güclü külək səbəbindən 34 ağac aşıb
“Telegram” bir gündə 100 mindən çox qrup və kanalı bloklayıb
Cəmiyyət 16:17
“Telegram” bir gündə 100 mindən çox qrup və kanalı bloklayıb
Bakıda universitet binasında yanğın olub
Cəmiyyət 15:32
Bakıda universitet binasında yanğın olub
Xocavəndə köç karvanı yola salınıb
Cəmiyyət 14:56
Xocavəndə köç karvanı yola salınıb
Qaradağda dağılan körpü yenidən tikiləcək
Cəmiyyət 13:36
Qaradağda dağılan körpü yenidən tikiləcək
Məktəb attestatları elektron formada veriləcək - Agentlik sədri
Cəmiyyət 13:19
Məktəb attestatları elektron formada veriləcək - Agentlik sədri
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol