Sabah İmişli və Saatlıda 2 500-dən çox abonentin qazı kəsiləcək

Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, diametri 315 mm-lik PE "Qaralar kənd" orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı aparılacaq.
Bu məqsədlə sentyabrın 23-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Mirili, Qaravəlli, Ağcüyür kəndləri və Araz küçəsi, eyni zamanda Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində (ümumi 2 516 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Son xəbərlər
Daha çox 