• $ 1.7
  • € 1.9942
  • ₽ 0.020372
  • ₺ 0.0411
  • £ 2.2883

Yüksək nəticə göstərən 11 iştirakçı Azercell-də işə qəbul və təcrübə imkanı əldə edib

Yüksək nəticə göstərən 11 iştirakçı Azercell-də işə qəbul və təcrübə imkanı əldə edib
23.09.2025 17:12

Azercell-in “Amazon Web Services”in (AWS) texnoloji dəstəyi ilə həyata keçirdiyi “DataMinds Bootcamp” proqramı uğurla başa çatıb. Yeddi həftə davam edən intensiv tədris marafonu çərçivəsində 31 tələbə data və süni intellekt sahələrində praktiki bilik və bacarıqlar qazanaraq məzun olub.

Proqram məlumatların toplanması və təhlili, böyük həcmli datanın idarə edilməsi, süni intellektin tətbiqi sahələrini əhatə edib. Azercell-in Data və Süni İntellekt üzrə ekspertlərinin təlimlərində tələbələr DataOps, MLOps və Generativ AI üzrə interaktiv məşğələlərdə iştirak edib, əldə etdikləri bilikləri real layihələrdə tətbiq ediblər. Final mərhələsində keçirilən müsahibə hazırlığı və peşəkar inkişaf bloku isə onların komanda işi, problem həll etmə və layihə idarəetmə bacarıqlarını daha da gücləndirib.

Məzunları təbrik edən Azercell-in Data Analitikası və Süni İntellekt departamentinin direktoru Sabir Mərdanov və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Rəqəmsal Transformasiya departamentinin direktoru Orxan Quliyev datanın idarəetmə və qərarvermədə artan rolunu vurğulayaraq proqramın rəqəmsal ixtisaslaşmaya və kadr potensialının güclənməsinə verdiyi töhfəni qeyd ediblər. 

Tədbirdə məzunların proqram müddətində qazandıqları nailiyyətlər qeyd olunub, onlara rəsmi sertifikatlar təqdim edilib. 

Proqramı fərqlənmə ilə tamamlayan 11 tələbə Azercell-də işə qəbul və təcrübə imkanı qazanıb. Onların sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Nyu-York Universiteti, ADA Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ) və Bakı Ali Neft Məktəbində təhsil alan gənclər yer alır.

Azercell “DataMinds Bootcamp” kimi təşəbbüslərlə Azərbaycanda təhsil, innovasiya və rəqəmsal inkişaf ekosistemini dəstəkləməyə davam edir. Şirkət gənc istedadların müasir texnologiyalar üzrə bacarıqlar qazanmasına şərait yaratmaqla ölkənin rəqəmsal transformasiya prosesinə, innovasiya mühitinin gücləndirilməsinə və peşəkar kadrların yetişdirilməsinə mühüm töhfə verir.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Cəmiyyət 18:17
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Cəmiyyət 18:05
340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Yüksək nəticə göstərən 11 iştirakçı Azercell-də işə qəbul və təcrübə imkanı əldə edib
Cəmiyyət 17:12
Yüksək nəticə göstərən 11 iştirakçı Azercell-də işə qəbul və təcrübə imkanı əldə edib
Əli Əsədov türkiyəli nazirlə görüşüb
Cəmiyyət 16:30
Əli Əsədov türkiyəli nazirlə görüşüb
Qızılın qiyməti tarixdə ikinci dəfə 3800 dolları ötüb
Cəmiyyət 15:37
Qızılın qiyməti tarixdə ikinci dəfə 3800 dolları ötüb
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub
Cəmiyyət 14:31
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub
Ağdama ilk köç noyabrda başlayacaq
Cəmiyyət 14:15
Ağdama ilk köç noyabrda başlayacaq
Aydın Kərimov Şuşanın Baş Planından danışıb
Cəmiyyət 13:59
Aydın Kərimov Şuşanın Baş Planından danışıb
Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Cəmiyyət 13:25
Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol