Deputatlar təklif edir ki,süni intellektlə bağlı qanun hazırlanmalıdır

Süni intellekt texnologiyalarının sürətli inkişafı həm müsbət imkanlar, həm də ciddi risklər yaradır və Azərbaycan bu risklərə biganə qala bilməz. Bunu Milli Məclisin deputatı Sahib Əliyev payız sessiyasında çıxışında bildirib.
“Yüksək dərəcəli risklərin artması fonunda süni intellektə dairqanun qəbul olunmalıdır,” – deputat parlament iclasında çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, Avropa Birliyi artıq bu sahədə hüquqi tənzimləmə qəbul edib və üzv ölkələr uyğun hazırlıqlara başlayıb. Çin qanunu təsdiqləyib, Türkiyədə isə qanun layihəsi hazırlanaraq hələ təsdiqlənməyib. Rusiyada da oxşar hazırlıq işləri aparılır.
“Ümid edirəm ki, qonşu ölkələrdən geri qalmayacağıq və Azərbaycanın da bu sahədə hüquqi bazası formalaşacaq,” – Sahib Əliyev əlavə edib.
Deputat Ceyhun Məmmədov da həmkarına dəstək olaraq belə bir qanunun ən qısa vaxtda qəbul olunmasının zəruri olduğunu vurğulayıb.
Gülnar Nazimqızı