• $ 1.7
  • € 1.9855
  • ₽ 0.020247
  • ₺ 0.0409
  • £ 2.2701

"Ali təhsil haqqında" qanun qəbul olunmalıdır - Məmmədov

"Ali təhsil haqqında" qanun qəbul olunmalıdır - Məmmədov
30.09.2025 12:24

 "Ali təhsil haqqında" qanunun qəbul olunmasına ehtiyac var. Bunu sentyabrın 30-da Milli Məclisin payız sessiyasında deputat Ceyhun Məmmədov deyib. 

Onun sözlərinə görə, sənəd tədqiqat universitetlərinin yaradılması, diplomların tanınması və digər məsələlər üzrə təhsil islahatlarına töhfə verəcək.

Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında bildirib ki, "Ali Təhsil haqqında" qanun layihəsi hal-hazırda müzakirə predmeti deyil. 

"Bu qanunu son bir ay daxil olmaqla müzakirə etməmişik. Hazırda bizimlə Milli Məclis arasında müzakirə pretmeti deyil. Nə qədər müzakirə etmişiksə etmişik. Onsuz da qanunvericilikdə dəyişilillər olacaq. Müxtəlif məqamlar var. Məsəıən ikipilləli dokturanturadan bir pilləli dokturanturaya keçid və.s. Böyük ehtimal nə vaxtsa bu məsələyə gəlib çıxacayıq. Heç vaxt olmayacaq demirəm. Hal hazırda müzakirə etmirik",- nazir bildirib.
 
Yanvarın 23-də Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxışında bildirib ki, "Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün yenidən yeni İşçi Qrup formalaşdırılmalıdır. 
 
2024-cü ilin fevralında Elm və Təhsil Nazirliyi anews.az-ın sorğusuna cavab olaraq bildirmişdi ki, "Ali təhsil haqqında” qanun Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. 
 
VI çağırış Milli Məclisin fəaliyyəti dövründə "Ali Təhsil haqqında" qanununla bağlı bir neçə müzakirə olub. Bir neçə deputatlar bu qanunun qəbul olunmsının gecikdiyi bildirib. Buna cavab olaraq Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qeyd edib hazırda bu qanunun üzərində iş gedir. 

"Burada deputatların təklifləri aiddiyatı qurumlara təqdim olunub. Təkliflər üzərində iş gedir. Qanun layihəsi hələlik bizim komitənin də birinci oxunuşuna çıxarılmayıb. Səbəb odur ki, bir sıra məsələlər razılaşdırılmalıdır. Bunlar öz əlllini tapdıqdan sonra biz dinləmələr keçirilməliyik. Dinləmələr keçirtmək üçün heç bir qanun yoxdur”, - deputat əlavə edib.
 
"Ali Təhsil haqqında" qanunda universitetlərin statusu, diplomların tanınması, distant təhsil, sosial yataqxanalar, ikili diplomlar, doktorantura səviyyəsinin birmərhələli olması, tələbələrin köçürülməsinin yeni qaydaları və s. haqqında vacib məsələlər yer alması planlaşdırılır. 
 
Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Gəmiqayırma Zavoduna vergi güzəştlərinin uzadılmasını birinci oxunuşda təsdiqlənib
Cəmiyyət 13:45
Bakı Gəmiqayırma Zavoduna vergi güzəştlərinin uzadılmasını birinci oxunuşda təsdiqlənib
Deputat: Xəstəxanalarda qeyri-tibb işçilərinin maaşları artırılmalıdır
Cəmiyyət 13:29
Deputat: Xəstəxanalarda qeyri-tibb işçilərinin maaşları artırılmalıdır
Azərbaycanda bir məhbusun saxlanması dövlətə illik 7500 manata başa gəlir
Cəmiyyət 13:24
Azərbaycanda bir məhbusun saxlanması dövlətə illik 7500 manata başa gəlir
Xəstəxanalarda digər xərclər bəzən əməliyyat xərclərini ötüb keçir - Siyavuş Novruzov
Cəmiyyət 13:13
Xəstəxanalarda digər xərclər bəzən əməliyyat xərclərini ötüb keçir - Siyavuş Novruzov
Bakıdakı tıxaclar təqdim olunan qədər faciəvi deyil - Deputat
Cəmiyyət 12:58
Bakıdakı tıxaclar təqdim olunan qədər faciəvi deyil - Deputat
"Ali təhsil haqqında" qanun qəbul olunmalıdır - Məmmədov
Cəmiyyət 12:24
"Ali təhsil haqqında" qanun qəbul olunmalıdır - Məmmədov
Deputatlar təklif edir ki,süni intellektlə bağlı qanun hazırlanmalıdır
Cəmiyyət 12:17
Deputatlar təklif edir ki,süni intellektlə bağlı qanun hazırlanmalıdır

Masallıda hamilə xəstəxanada ölüb
Cəmiyyət 11:35
Masallıda hamilə xəstəxanada ölüb
Deputat: Hava limanından şəhərə ictimai nəqliyyatın olmaması problem yaradır
Cəmiyyət 11:32
Deputat: Hava limanından şəhərə ictimai nəqliyyatın olmaması problem yaradır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol