• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda keçirilən çempionatda insident törədənlər həbs edildi

Bakıda keçirilən çempionatda insident törədənlər həbs edildi
25.12.2013 18:00

Daxili İşlər Nazirliyi Bakıda keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında baş verən insidentə aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, həmin hadisə bəzi KİV tərəfindən şişirdilib və mahiyyəti təhrif olunmuş formada ictimaiyyətə təqdim edilib: “Belə ki, dekabrın 23-də “Sərhədçi” İdman Mərkəzində keçirilən çempionatda Azərbaycan vətəndaşı olan iki idmançı güləşərkən aralarında mübahisə yaranıb və onların azarkeşləri olan bir neçə şəxs də bu qısamüddətli mübahisəyə qoşulub. Yarışın təşkilatçılarının vaxtında müdaxiləsi ilə məsələnin böyüməsinin qarşısı alınıb, ara sakitləşib.

        

Tədbirdən sonra Bakı şəhər sakini, 16 yaşlı Şamil adlı gənc Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək “Sərhədçi” İdman Mərkəzində keçirilən yarışda mübahisə zəminində tanımadığı bir şəxsin bıçaqla ona çiyin nahiyəsindən xəsarət yetirdiyini bildirib. Polis əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Bakı şəhər sakini Vüqar Həziyev və Bərdə rayonunda yaşayan İbrahim Muxtarov tutularaq istintaqa təhvil verilib.

 

Faktla əlaqədar Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. Hadisənin əsl mahiyyəti də bundan ibarətdir".

        

O. Mansurzadə həmçinin qeyd edib ki, həmin yarışlarda əcnəbi idmançılar iştirak etməyib: “Adından da göründüyü kimi bu, sərbəst və yunan-Roma güləşi üzrə respublika çempionatı olub. Mübahisə də məhz Azərbaycan vətəndaşları olan iki güləşçi arasında düşüb”.

 

Qeyd edək ki, bu gün bir sıra saytlar Bakıda keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının bağlanış günündə-dekabrın 23-də azərbaycanlı və dağıstanlı idmançılar arasında kütləvi davanın baş verməsi, bu zaman soyuq silahdan istifadə edilməsi, Dağıstan vətəndaşlarının bıçaqlanması, tərəflər arasında xeyli sayda xəsarət alanlar barədə məlumatlar yayıb. 

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda iki milli parkın sanitariya-mühafizə zonaları təsdiqlənib
Cəmiyyət 18:02
Azərbaycanda iki milli parkın sanitariya-mühafizə zonaları təsdiqlənib

Əhmədlidə restoranda qətlin törədilməsində ittiham olunan 2 nəfər məhkəməyə çıxarılır
Cəmiyyət 17:44
Əhmədlidə restoranda qətlin törədilməsində ittiham olunan 2 nəfər məhkəməyə çıxarılır

Kamran Əliyev Qırğızıstan Baş prokurorunun birinci müavini ilə görüşüb
Cəmiyyət 17:11
Kamran Əliyev Qırğızıstan Baş prokurorunun birinci müavini ilə görüşüb

5 marşrutun hərəkət sxemi dəyişdirilib
Cəmiyyət 16:48
5 marşrutun hərəkət sxemi dəyişdirilib

QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Cəmiyyət 16:26
QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Elnarə Baxış vəzifəsindən ayrılıb
Cəmiyyət 16:03
Elnarə Baxış vəzifəsindən ayrılıb
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib!
Cəmiyyət 15:36
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib!
Azərbaycan CNN-in materialı ilə bağlı ABŞ məhkəmə sisteminə müraciət edib
Cəmiyyət 15:30
Azərbaycan CNN-in materialı ilə bağlı ABŞ məhkəmə sisteminə müraciət edib
“El Pizza” bağlanıb
Cəmiyyət 15:18
“El Pizza” bağlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol