DİN üç nəfərin ölməsi ilə bağlı yayılan qəza xəbərini təkzib edib - Yenilənib

Bakıda yol-nəqliyyat hadisəsində üç nəfərin ölməsi, yeddi nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, axşam saat 21:30-da paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Faktla bağlı araşdırma aparılır.
***
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Teleqraf.com” xəbər verir ki, hadisə Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Su İdman Kompleksinin qarşısında üç nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, hadisə zamanı üç nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Son xəbərlər
Daha çox 