Rusiya Xəzərdə birgə təlimlər keçirməyi təklif edib

Rusiya 2026-cı ildə Xəzər dənizi akvatoriyasında birgə təlimlər keçirməyi təklif edib. Bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Aleksandr Moiseyev Sankt-Peterburqda Xəzəryanı dövlətlərin - Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dəniz qüvvələri komandanlarının danışıqları zamanı bildirib.
"Rusiya tərəfi görüş iştirakçılarına 2026-cı ildə Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələrinin gəmiçiliyin və dəniz iqtisadi fəaliyyəti obyektlərinin təhlükəsizliyini təmin etmək məsələlərinin hazırlanmasına yönəlmiş çoxtərəfli hərbi-dəniz təliminin keçirilməsini təklif edib. Bu təlim çərçivəsində, həmçinin Xəzər dənizi akvatoriyasında axtarış-xilasetmə tədbirlərinin keçirilməsi zamanı qarşılıqlı fəaliyyətin işlənməsi planlaşdırılır", - məlumatda deyilir.
O, qeyd edib ki, Rusiya tərəfi Xəzərdə hərbi-dəniz sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında beştərəfli Memorandumun imzalanmağa hazırlanması və yekunlaşdırılması üzrə Hərbi Dəniz Qüvvələrinin ekspert qruplarının işini bərpa etməyi təklif edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, iştirakçılar naviqasiya-hidroqrafik təminat məsələlərini və Xəzər regionu ölkələrinin donanmaları arasında praktiki qarşılıqlı fəaliyyətin səviyyəsinin artırılmasını müzakirə ediblər.
Son xəbərlər
Daha çox 