Sabah bu ərazidə qaz olmayacaq

Sabah Bakının Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında məhdudiyyət olacaq.Bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə oktyabrın 9-da saat 10:00-dan işlər tamamlananadək Şağan qəsəbəsini qazla təmin edən orta təzyiqli xəttdə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
Son xəbərlər
Daha çox 