Azərbaycan və Bosniya arasında itkin düşmüş şəxslər üzrə əməkdaşlıq memorandumu imzalanacaq — Əli Nağıyev

Azərbaycan və Bosniya və Hersoqovinanın İtkin düşmüş şəxslər İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanacaq. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbəri Əli Nağıyev bildirib.
Onun sözlərinə görə, Dövlət Komissiyasının nümayəndə heyəti 2025-ci ilin aprel ayında Sarayevo şəhərinə səfər edərək sənədin layihəsini müzakirə və razılaşdırıb. Nağıyev vurğulayıb ki, memorandumun məqsədi itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində təcrübə və məlumat mübadiləsini gücləndirməkdir.
“Bu gün biz həmin Memorandumu Sizin iştirakınızla imzalayacağıq,” — Nağıyev konfransda bildirib.
N. Təbrizli