Goranboyda iki yeniyetməni maşın vurub - Yenilənib

12.10.2025-ci il tarixində saat 17:40 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***
Goranboyda iki piyadanı maşın vurub.
APA-nın məlumatına görə, hadisə Goran Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan"Priora "markalı minik maşını yolu keçmək istəyən 2011-ci il təvəllüdlü F.Qasımovanı və 2013-cü il təvəllüdlü N.Həsənovanı vurub.
Yeniyetmə qızlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox 