• $ 1.7
  • € 1.9717
  • ₽ 0.021924
  • ₺ 0.04
  • £ 2.2485

BMT rəsmisi: Keyfiyyətli təhsil olmadan dayanıqlı gələcək mümkün deyil

BMT rəsmisi: Keyfiyyətli təhsil olmadan dayanıqlı gələcək mümkün deyil
14.10.2025 10:14

Keyfiyyətli təhsilə sərmayə qoyulmadan dayanıqlı və ədalətli gələcək qurmaq mümkün deyil. Bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva Bakıda keçirilən "Azərbaycanın Dayanıqlı İnkişaf Naminə Təhsilə İnvestisiya" mövzusunda 7-ci DİM dialoqu forumunda bildirib.

Andreeva-nın sözlərinə görə, təhsil təkcə sosial prioritet deyil, həm də “irəliləyişin əsas aparıcı qüvvəsidir”.

O vurğulayıb ki, insanlar bugünkü çağırışlara cavab vermək üçün bilik və bacarıqlarla silahlanmalıdırlar.

Diplomat qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə 7-ci dialoq 4-cü məqsədə – keyfiyyətli təhsilə sərmayələrin artırılmasına həsr olunub.

“BMT artıq səkkiz ildir ki, hamı üçün sülh, firavanlıq və tərəfdaşlıq istiqamətində fəaliyyətini davam etdirir. Biz hökumətlərlə və müxtəlif tərəfdaşlarla birgə işləyirik”, –  Andreeva əlavə edib.

O həmçinin bildirib ki, DİM dialoqları müxtəlif maraqlı tərəfləri bir araya gətirən etibarlı platformaya çevrilib və bu təşəbbüs gələcəkdə də davam etdiriləcək.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azsığorta”nın pul vəsaitləri son bir ildə 51% azalıb
Cəmiyyət 15:31
“Azsığorta”nın pul vəsaitləri son bir ildə 51% azalıb
BMT rəsmisi: Keyfiyyətli təhsil olmadan dayanıqlı gələcək mümkün deyil
Cəmiyyət 10:14
BMT rəsmisi: Keyfiyyətli təhsil olmadan dayanıqlı gələcək mümkün deyil
Debet kartları artır, kredit kartları azalır – nağdsız dövriyyə yüksəlir
Cəmiyyət 14:00
Debet kartları artır, kredit kartları azalır – nağdsız dövriyyə yüksəlir
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunarsa, nə baş verəcək?- ŞƏRH
Cəmiyyət 16:45
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunarsa, nə baş verəcək?- ŞƏRH
Ötən il Azərbaycanda bağlanan və yeni açılan iş yerlərin sayı açıqlanıb
Cəmiyyət 13:13
Ötən il Azərbaycanda bağlanan və yeni açılan iş yerlərin sayı açıqlanıb
"Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ
Cəmiyyət 16:58
"Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ
11 ayda qeyri-neft ixracının dəyəri açıqlanıb
Cəmiyyət 15:23
11 ayda qeyri-neft ixracının dəyəri açıqlanıb
Kənd məhsullarının dəyəri 1,2% artıb - Rəsmi
Cəmiyyət 16:19
Kənd məhsullarının dəyəri 1,2% artıb - Rəsmi
Yanvarda 2,5 milyard manatlıq ərzaq satılıb
Cəmiyyət 13:23
Yanvarda 2,5 milyard manatlıq ərzaq satılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol