Azərbaycan vətəndaşları da daxil olmaqla 26 əcnəbi Gürcüstandan deportasiya edilib

Son günlər ərzində Gürcüstandan 26 nəfər xarici ölkə vətəndaşı çıxarılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən bildirilib.
Hindistan, Türkiyə, Çin, Pakistan, İraq, Misir, Azərbaycan, İordaniya və Çad vətəndaşları olan həmin əcnəbilərin ölkəyə girişi qadağan edilib.
Miqrasiya Departamenti Gürcüstan daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır və onun səlahiyyətlərindən biri qanuni əsas olmadan ölkədə olan əcnəbilərin müəyyən edilərək Gürcüstandan çıxarılmasını həyata keçirməkdir.