"Birbank"da yaranan texniki nasazlıq aradan qaldırıldı - Yenilənib

"Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində yaranmış texniki çətinlik metro stansiyalarında tam aradan qaldırılıb.Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
“BakıKart” sistemində aparılan bərpa işləri səbəbindən bir neçə saat ictimai nəqliyyatda onlayn ödənişlərdə problem yaranıb.
Bu səbəbdən metro və avtobuslarda izdiham müşahidə olunub.
***
Hazırda "Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacağı bildirilir. Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq "BakıKart"ın mobil tətbiqi, "m10" rəqəmsal ödəniş sitemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur", - məlumatda qeyd olunub.
Bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem müşahidə olunur. Bu səbəbdən metro və avtobuslarda sıxlıq yaranıb.
Son xəbərlər
Daha çox 