"İkinci Qayıdış Proqramı" na kimi Şuşaya 8 min əhali köçürüləcək

"İkinci Qayıdış Proqramı" başlayana qədər Şuşaya 8 min əhalinin köçürülməsi nəzərdə tutulub. Bunu anews.az-a açıqlamasında Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
"Hazırda Şuşada icra olunan layihələr açıq tender əsasında icra olunur. Tikiləb binaların bir hissəsi "Kristal inşaat" , digər hissəsi isə "GI inşaat" tərəfindən tikilir. Binalar 4-5 mərtəbəlidir. İkinci Qayıdış Proqramına kimi Şuşaya 8 min əhalinin köçürülməsi nəzərdə tutulub",- Kərimov deyib.
Gülnar Nazimqızı