İndiyə kimi Qarabağın 3 rayonunda üç minə yaxın insan işlə təmin olunub

İndiyədək Qarabağın 3 rayonda 3 minə yaxın şəxs işlə təmin olunub, yaxın aylarda bu rəqəmin 7 minə çatacağı gözıənili. Bunu Prezidentin Ağdərə, Xocalı və Xankəndi üzrə xüsusi nüçayəndəsi Elçin Yusubov deyib.
Onun sözlərinə görə, hökumət tərəfindən bölgədə sənaye obyektlərinin fəaliyyətə başlaması istiqamətində ciddi işlər görülüb.
"Artıq kərpic və dəmir-beton zavodlarının açılışı baş tutub, onlarla yeni sənaye müəssisəsinin istifadəyə verilməsi isə yaxın günlərdə planlaşdırılır",- o bildirib.
Yusubov əlavə edib ki, indiyədək bölgəyə 65 milyon manat həcmində investisiya yatırılıb.
Yusubov bildirib ki, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində 19 yaşayış məntəqəsinə o cümlədən, Xankəndinin Kərkicahan qəsəbəsinə, Ağdərənin 7 kəndinə və Xocalının 11 kəndinə əhalinin köçü ilə bağlı işlər aparılır. O vurğulayıb ki, 22 mindən çox şəxs bölgəyə köçürülüb.
Gülnar Nazimqızı