2050-ci ilə qədər dünya əhalisinin 68 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır

Dünyada urbanizasiya prosesi sürətlə davam edir və 2050-ci ilə qədər dünya əhalisinin 68 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramında (UN-Habitat) regionlararası müşaviri Katja Schaefer Xankəndində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
O bildirib ki, iqlim dəyişikliyi ilə bağlı miqrasiya kənd əhalisinin şəhərlərə köçünü sürətləndirə bilər.
"Bu proses xüsusilə gənc və daha mobilliyi yüksək olan insanların şəhərlərə axını ilə müşayiət olunur ki, nəticədə kənd bölgələrində əhalinin qocalması problemi dərinləşə bilər.Miqrasiya yalnız kənddən şəhərə istiqamətlənmir — bir çox yerlərdə kənddən-kəndə, şəhərdən-kəndə və mövsümi miqrasiya halları da artır",- o bildirib.
Gülnar Nazimqızı