• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

DYP "Təmiz Hava" aylığı elan edib

DYP "Təmiz Hava" aylığı elan edib
19.10.2025 10:30

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə 2025-ci il oktyabr ayının 20-dən noyabr ayının 20-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı elan edir.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Hesablamalara görə, ölkədə atmosferə atılan çirkləndirici maddələrin təxminən 88 faizi məhz avtomobillərdən atılan tullantıların payına düşür. Nasaz nəqliyyat vasitələrinin istismarı havanı çirkləndirməklə yanaşı, həm də tez-tez yollarda tıxacların yaranmasına və ağır yol qəzalarına da səbəb olur.

Bununla əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq tövsiyə olunur.

Nəzərə alınmalıdır ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Yer kürəsində maqnit qasırğası müşahidə olunur
Cəmiyyət 11:13
Yer kürəsində maqnit qasırğası müşahidə olunur
DYP "Təmiz Hava" aylığı elan edib
Cəmiyyət 10:30
DYP "Təmiz Hava" aylığı elan edib
Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
Cəmiyyət 16:28
Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
Mağazada təhlükəli vəziyyətdə qalan şəxs xilas olunub - Video
Cəmiyyət 14:36
Mağazada təhlükəli vəziyyətdə qalan şəxs xilas olunub - Video
Təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat edib
Cəmiyyət 13:20
Təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat edib
Sabirabadda Şirvan kanalında 1 nəfər batıb
Cəmiyyət 12:56
Sabirabadda Şirvan kanalında 1 nəfər batıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:42
Sabahın hava proqnozu
İran hərbi gəmiləri Bakı limanını tərk edib
Cəmiyyət 12:00
İran hərbi gəmiləri Bakı limanını tərk edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol