• $ 1.7
  • € 1.9841
  • ₽ 0.020928
  • ₺ 0.0405
  • £ 2.2837

Qeyri-etik hərəkətlər edən taksi sürücüsünün lisenziyası varmı?

Qeyri-etik hərəkətlər edən taksi sürücüsünün lisenziyası varmı?
21.10.2025 15:32

Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsünün lisenziyaya malik olması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi  (AYNA) araşdırma aparır.  Bu barədə qurumdan anews.az-ın sorğusuna cavab olaraq bildirilib.

AYNA-nın məlumatına görə, sözügedən məsələ ilə bağlı araşdırma hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.

"Hadisəni törədən şəxs barədə dolğun məlumat olmadığından taksi sürücülərinin etik-davranış qaydalarına dair təlimlərdə iştirak edib-etmədiyi və taksi fəaliyyəti üçün icazəsinin olub-olmadığı məlum deyil", - məlumatda qeyd olunub.

Hadisə oktyabrın 20-də Bakının Yasamal rayonu ərazisində baş verib. Bu barədə dərhal açıqlama Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, Yasamal  ərazisində BYD markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd hərəkətlər etdiyi üçün saxlanılıb və müvafiq qərarla həbs edilib.

Daxili İşlər Nazirliyinin məlumatında hadisəni törədən şəxsin şəxsiyyəti və avtomobilin dövlət nömrə nişanı açıqlanıb.

AYNA  açıqlamasına görə,  sürücülər peşəkarlıq səviyyələrini yüksəltmək üçün  xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunur və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirmək hüququ qazanırlar.

"Sərnişindaşıma qaydalarını pozan sürücülərə qarşı mütəmadi tədbirlər görülür. Həyata keçirilən mütəmadi monitorinqlər və vətəndaşların şikayətləri əsasında aparılan araşdırmalar nəticəsində pozuntu aşkar olunduqda, sürücülər xidmətdən kənarlaşdırılır",- məlumatda bildirilib.

İndiyə kimi 58600-ə yaxın şəxs AYNA-nın təşkil etdiyi təlimlərə cəlb olunub.

Lakin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində hadisəni törədən şəxsin kimliyi barədə  dolğun məlumat olmadığına görə, sürücünün etik-davranış təlimlərində iştirak edib-etmədiyi hələlik müəyyənləşdirilməyib.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Mingəçevir və Ağcabədidə qaz olmayacaq
Cəmiyyət 18:03
Sabah Mingəçevir və Ağcabədidə qaz olmayacaq
HAMAS bu gün daha iki girovun meyitinin qalıqlarını İsrailə təhvil verəcək
Cəmiyyət 17:49
HAMAS bu gün daha iki girovun meyitinin qalıqlarını İsrailə təhvil verəcək
AZAL-ın Bakı–Tbilisi reysləri aeroportun I terminalından həyata keçiriləcək
Cəmiyyət 17:35
AZAL-ın Bakı–Tbilisi reysləri aeroportun I terminalından həyata keçiriləcək
Bu istiqamətdə qatar reyslərinin sayı artırılır
Cəmiyyət 15:48
Bu istiqamətdə qatar reyslərinin sayı artırılır
Qeyri-etik hərəkətlər edən taksi sürücüsünün lisenziyası varmı?
Cəmiyyət 15:32
Qeyri-etik hərəkətlər edən taksi sürücüsünün lisenziyası varmı?
Sabah yağış yağacaq - Hava proqnozu
Cəmiyyət 13:01
Sabah yağış yağacaq - Hava proqnozu
Bakıda BakuBus avtobusu qəzaya uğrayıb, xəsarət alan yoxdur
Cəmiyyət 12:16
Bakıda BakuBus avtobusu qəzaya uğrayıb, xəsarət alan yoxdur
Azərbaycan və Qazaxıstan prezidentləri Astanada strateji tərəfdaşlığı müzakirə ediblər
Cəmiyyət 11:47
Azərbaycan və Qazaxıstan prezidentləri Astanada strateji tərəfdaşlığı müzakirə ediblər
İki ildə "Qaradağ" GES-də 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub
Cəmiyyət 10:42
İki ildə "Qaradağ" GES-də 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol