• $
  • €
  • ₽
  • ₺
  • £

Güclü rəhbərlik olmadan müstəqil siyasət və iqtisadiyyat mümkün deyil - Deputat

Güclü rəhbərlik olmadan müstəqil siyasət və iqtisadiyyat mümkün deyil - Deputat
22.10.2025 12:29

 Ölkənin bugünkü siyasi və iqtisadi müstəqilliyi güclü rəhbərliyin nəticəsidir. Bunu Milli Məclisinin deputatı Tahir Rzayev oktyabrın 22-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktim konfransında bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə təməl məhz mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev isə bu siyasəti uğurla davam etdirir.

“Rəhbəri güclü olmayan dövlət heç vaxt nə müstəqil siyasət, nə də dayanıqlı iqtisadiyyat formalaşdıra bilər. Azərbaycan bu sahədə nümunə göstərir. Uğurlarımızın əsası Heydər Əliyevin fəaliyyəti ilə qoyulub",–  Rzayev qeyd edib.

Deputat əlavə edib ki, Prezident İlham Əliyev son beynəlxalq platformalarda – BMT sessiyasında, Avropa İttifaqı sammitində, Yaxın Şərq və Qazaxıstan sammitlərində – Azərbaycanın mövqeyini qətiyyətlə ifadə edib və bu, ölkənin beynəlxalq nüfuzunun göstəricisidir.

“Əgər güclü Azərbaycan dövləti qurulmasaydı, biz bu gün ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Diplomatik, hərbi və iqtisadi sahələrdə əldə olunan nailiyyətlər bunun sübutudur", – Rzayev vurğulayıb.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol