• $ 1.7
  • € 1.978
  • ₽ 0.021002
  • ₺ 0.0405
  • £ 2.2767

“Böyük Qayıdış” proqramı çərçivəsində 6 mindən çox şəxs məşğulluqla təmin olunub

“Böyük Qayıdış” proqramı çərçivəsində 6 mindən çox şəxs məşğulluqla təmin olunub
22.10.2025 14:46

İşğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Dövlət Proqramı uğurla həyata keçirilir və 6 mindən çox insanın məşğulluğu təmin olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "PeşəFest"in yekun tədbirində deyib.

Onun sözlərinə görə, proqram çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı ilə yanaşı, onların məşğulluğunun dəstəklənməsi, dayanıqlı yaşayış və iqtisadi mühitin yaradılması istiqamətində geniş tədbirlər görülür.

“Azad olunmuş ərazilərdə yeni sənaye zonaları və istehsal sahələri fəaliyyətə başlayıb, aktiv məşğulluq proqramlarının tətbiqi genişləndirilib,” – Əliyev deyib.

Nazir qeyd edib ki, həmin ərazilərdə iqtisadi fəal əhalidən 6 108 nəfərin məşğulluğu təmin edilib. Onlardan 4 533 nəfəri daimi işlə, 475 nəfəri özünüməşğulluq proqramı ilə, 289 nəfəri isə peşə hazırlığı kursları vasitəsilə təmin olunub.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gümrüdə etiraz aksiyasında iştiraka görə 37 nəfər saxlanılıb
Cəmiyyət 17:04
Gümrüdə etiraz aksiyasında iştiraka görə 37 nəfər saxlanılıb
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib
Cəmiyyət 16:41
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!
Cəmiyyət 15:24
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!
Azərbaycanda banklar üzrə rəqəmsal fırıldaqçılıq statistikası açıqlanıb
Cəmiyyət 15:21
Azərbaycanda banklar üzrə rəqəmsal fırıldaqçılıq statistikası açıqlanıb
Süni intellekt mövcud peşələrin 30 faizini sıradan çıxara bilər
Cəmiyyət 15:08
Süni intellekt mövcud peşələrin 30 faizini sıradan çıxara bilər
İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib
Cəmiyyət 14:48
İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib
“Böyük Qayıdış” proqramı çərçivəsində 6 mindən çox şəxs məşğulluqla təmin olunub
Cəmiyyət 14:46
“Böyük Qayıdış” proqramı çərçivəsində 6 mindən çox şəxs məşğulluqla təmin olunub
Məleykə Abbaszadə: Rəqəmsal sistemlə işləməyən həkim gələcəkdə işsiz qalacaq
Cəmiyyət 14:35
Məleykə Abbaszadə: Rəqəmsal sistemlə işləməyən həkim gələcəkdə işsiz qalacaq
373 Azərbaycan vətəndaşı Estoniyada təhsi alır- Nazir
Cəmiyyət 13:01
373 Azərbaycan vətəndaşı Estoniyada təhsi alır- Nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol