Azərbaycanda banklar üzrə rəqəmsal fırıldaqçılıq statistikası açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində bank sektorunu əhatə edən rəqəmsal fırıldaqçılıq statistikasını ictimaiyyətə açıqlayıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bu ilin I yarısınə əhatə edən statistik hesabatda ölkədə fəaliyyət göstərən bütün banklarda baş vermiş fırıldaqçılıq əməliyyatlarına dair məlumatlar təqdim olunub. Statistik məlumatlar bankların AMB-yə təqdim etdiyi hesabatlar əsasında formalaşdırılır. Həmin hesabatlarda fırıldaqçılığın əsas və alt növləri, əməliyyatların tipi, zərər məbləği və digər analitik göstəricilər əks olunur.
Hesabatda beynəlxalq təcrübə nəzərə alınmaqla rəqəmsal ödənişlərdən istifadə zamanı fırıldaqçılıq əməliyyatların monitorinqi üçün müəyyən edilmiş müvafiq metrik göstəricilər əsasında dövri ölçmələr aparılıb. Belə ki, hesabatda ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları üzrə dövrlər üzrə müqayisəli göstəricilər, o cümlədən əməliyyatların dinamikası və strukturunda müşahidə olunan dəyişikliklər təhlil olunub.
AMB-nin təşəbbüsü ilə 16 may 2025-ci il tarixində rəqəmsal ödənişlər üzrə dələduzluq halları ilə mübarizə tədbirləri çərçivəsində Daxili İşlər Nazirliyinin və bankların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Bu qrupun fəaliyyəti rəqəmsal maliyyə ekosistemində informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi, qabaqlayıcı tədbirlərin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə əsaslanan koordinasiyalı fəaliyyətin təmin edilməsinə yönəlib.
Son xəbərlər
Daha çox 