Növbəti il Qarabağ Universitetində təhsil alan tələbələrin sayı 4 min nəfər olacaq

2026-cı ildə Qarabağ Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi üçün 39 milyon manat vəsait ayırmağı planlaşdırılır.
Anews.az-ın əldə etdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Universitetdə 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb - 100 nəfər) üzrə 2500-dək tələbənin, 2025/2026-cı tədris ilindən etibarən isə 4000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.
Hazırda Qarabağ Universitetində 27 ixtisas üzrə 2500-ə yaxın tələbə təhsil alır.
Qarabağ Universiteti Xankəndində 1969 -ci il təhsis edilib.
Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.
Gülnar Nazimqızı