Süni intellekt kiçik və orta biznesin inkişafına inteqrasiya olunur- Orxan Məmmədov
Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafı və kiçik sahibkarlığın gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar süni intellekt texnologiyalarının imkanlarından da fəal şəkildə yararlanır. Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
“Biz də bu prosesdən kənarda qala bilməzdik və fəaliyyətimizi iki əsas istiqamət üzrə formalaşdırmışıq. Birinci istiqamət süni intellektə əsaslanan həllərin daxili biznes proseslərinə və kiçik və orta biznes (KOB) subyektlərinə yönələn xidmət alətlərinə inteqrasiyası ilə bağlıdır. Bu məqsədlə “Elektron KOB evi platforması” layihəsi çərçivəsində bir sıra işlər həyata keçirilir.” – deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, layihə çərçivəsində rəqəmsal mühitdə süni intellekt üzərində çalışan “Biznes bələdçisi” alətinin yaradılması nəzərdə tutulur.
"Bu alət KOB subyektlərinə bazar analizi, maliyyə planlaşdırması və idarəetmə qərarlarının optimallaşdırılması sahələrində dəstək verəcək. Yaxın gələcəkdə həmçinin KOB sahəsində süni intellekt əsaslı xidmət modellərinin geniş tətbiqi və bu istiqamətdə ekosistemin formalaşdırılması da planlaşdırılır",- O bildirib
Aytac Zeynalova